Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iyul ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, iyul ayının 21-də Tərtər rayonunun Şıxarx qəsəbəsində müvəqqəti məskunlaşan rayon sakinləri ilə görüşüb. Görüşdə Xocalı Rayon Polis Şöbəsinin rəisi Zaur Nəbiyev, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov iştirak ediblər. Görüş zamanı sakinlər onları narahat edən məsələləri dilə gətiriblər. Müraciətlər arasında iş, mənzillə təminat, Vətən müharibəsinin yaralanmış iştirakçılarına əlillik dərəcəsinin verilməsinə köməklik kimi məsələlər üstünlük təşkil edib. Səsləndirilən bir çox məsələ yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə, yerində baxış keçirməklə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək məqsədilə nəzəratə götürülüb.